Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verildi

Sosial

20 Aprel 2024 15:57 749


Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bu marşrut xətti metronun “Dərnəgül” stansiyası - Süleyman Rüstəm küçəsi (“28 Mall” ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Marqarita pizza

“33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, sonuncu dəfə bu il fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sisteminə keçirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!