Bakıda dələduz saxlanıldı: 5 nəfəri aldadıb 45 min manatlarını almışdı
20 Noy 2020 14:37
521

Bakıda dələduz saxlanıldı: 5 nəfəri aldadıb 45 min manatlarını almışdı

Bakı və Abşeronda 5 nəfərə qarşı külli miqdarda dələduzluq edilib.

DİN mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər