Bakıda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
25 Okt 2020 00:55
1168

Bakıda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü

Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.

Yenisabah.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa oğlu kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb. 

Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər