“Orta aylıq əmək haqqının və təqaüdlərin artımı mənzil bazarı ilə o qədər də bağlı deyil. Çünki Azərbaycanda orta aylıq əmək haqqı və təqaüdlər hələ ki, daşınmaz əmlak bazarına təsir edəcək səviyyədə artmayıb”.
Bu sözləri “Yeni Sabah”a açıqlaması zamanı əmlak məsələri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ümumilikdə daşınmaz əmlak bazarında, xüsusilə son bir il ərzində nisbi də olsa müəyyən artımlar müşahidə olunmaqdadır:
“Burda ipoteka faktorunu , eyni zamanda maliyyə bazarında manatın dəyərinin sabitləşməsi, bundan başqa Azərbaycanın ümumi makroiqtisadi göstəricilərinin stabiləşməsi, iqtisadi artımı, inflyasiya səviyyəsinin tədricən sabitləşməsini nəzərə alsaq, demək olar ki, Azərbaycanda daşınmaz əmlak bazarında son dövrlərdə müəyyən qədər dinamika müşahidə olunmaqdadır. Amma hələ də hesab edirik ki, bugünki mövcud iqtisadi reallıqlar Azərbaycanda daşınmaz əmlak bazarının dinamikasının qənaətbəxş olmadığını deməyə əsas verir. Yəni bu bazarda vəziyyət qənaətbəxş hesab oluna bilməz. Kirayə bazarında qiymət dəyişmələri daha çox axın baş verəndə olur. Bu proses də adətən mövsüm aylarında, yəni tələbə axını olanda baş verir. Bir də hansısa ərazilərdə kütləvi söküntü olanda, həmin ərazidən çıxan kirayənişinlər yenidən bazara müraciət edir və dinamika yaranır. Kirayə mənzil bazarında ciddi dəyişikliklər hələ ki müşahidə olunmur”. Sezar pizza
Ekspert vurğulayıb ki, əmək haqları və təqaüdlərin artmasına görə, bazarda evlərin qiymətində hər hansı artıma rast gəlinmir:
“Amma ümumilikdə bazardakı mövcud tendensiyalar hələ o səviyyədə deyil ki, əhəmiyyətli dərəcədə qiymət dəyişikliyi baş versin. Qaldı ki, ayrı ayrı şəxslərin spekulyativ şəkildə qiymət artımları, təşəbbüsləri bu həmişə olub. Yəqin ki, bundan sonra da olacaq. Adətən bazara axın olmayanda belə bir təşəbbüslər də ciddi fayda vermir”.
Əsmər Qabil
Telegram kanalımız