Bakıda SSRİ-i bayrağı ilə aksiya -   Azərbaycan bayrağını unudanlar kimdir? - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda SSRİ-i bayrağı ilə aksiya - Azərbaycan bayrağını unudanlar kimdir? - FOTOLAR

Siyasət

25 Noyabr 2025 17:13 40989


Bakıda bir qrup şəxs 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabının 108-ci ildönümünü qeyd edib.

“Yeni Sabah” xəbər verir ki, həmin şəxslər daha sonra “aksiya”nın fotolarını sosial şəbəkədə yayıblar.

Sosialist inqilabının xiffətini çəkənlərin harada toplandıqları məlum olmasa da, yayılan görüntülərdə saylarını müəyyənləşdirmək mümkündür: cəmi beş nəfər.   Pepperoni pizza

Amma işin təhlükəli tərəfi başqadır. İnqilabı unutmayanlar nədənsə aksiyaya gələndə özləri ilə Azərbaycan bayrağı götürməyi yaddan çıxarıblar. Ona görə də onların əlində ancaq SSRİ və Azərbaycan SSR-nin bayraqları olub. “Aksiyada” həmin bayraqlar “dalğalanıb”.

“Aksiyada” kimlərin çıxış etdiyi, nə danışdıqları da məlum deyil. Lakin Azərbaycan bayrağı qaldırmağı özlərinə rəva görməyənlərin, hansı fikirdə olduqlarını təxmin etmək çətin deyil.  

Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov “Yeni Sabah”a açıqlamasında bildirib ki, Oktaybr inqilabının ildönümü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qeyd olunur:

“Noyabrın 7-də Böyük Oktyabr Sosialist İnqilabının 108-ci ildönümü olub. Həmin əlamətdar hadisə dünyanın bir sıra ölkələrində, o cümlədən Çin, Şimali Koreya, Kuba, Laos və Vyetnamda, həmçinin keçmiş  sovet respublikaların əksəriyyətində qeyd edilmişdir. Həmin bu tarixi hadisə Azərbaycanda da xatırlanıb.

Amma tədbirin keçiriləcəyi barədə mənim məlumatım olmayıb və dəvət də olunmamışam. “Коммунистическая Партия Азербайджана - Azərbaycan Kommunist Partiyası” qrupunda paylaşılan fotolar sosial şəbəkə istifadəçilərindən götürülüb. İcazə məsələsinə gəldikdə isə Konstitutsiya ilə insanların sərbəst toplaşma azadlığı var. Mən həmişə bildirmişəm ki, sovet tarixi ilə bağlı bütün tədbirlərdə, öncə müstəqil Azərbaycan Respublikasının bayrağı dalğalanmalıdır. Sovet Azərbaycanı ilə mütərəqqi tarixi hadisələr keçmişimizin dəyərli səhifələrini unutmamağa xidmət etməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Afət
    İbrahim Əsədlı Qarabağ müharibəsinin iştirakçısı,YAP-ın üzvü və müstəqil Azərbaycanın yaranmasında Prezident Heydər Əliyevin Prezident seçilməsi üçün Gənclər təskilatı yaradaraq səy göstərmisdir.Azərbaycanin bayrağını hər yerdə yüksəltmişdir.
    7 days ago
  • Babek
    YAXŞI EDIBLER ZOR EDIBLER ????????????????
    29 days ago
  • Kifayət
    Mən başa düşmürəm, bunların hansı biri SSSR dövründə yaşayıb ki, belə cənfaşanlıq edir? Bütün dünya bilir ki, hətta ermənilərin Prezidenti də başa düşüb ki, Qarabağın işğalı və müharibəsi Rusiya planı olub. Nə qədər cavan şəhid oldu. Ay biqeyrətlər, heç mi şəhid analarının naləsini eşitmədin? Hansı faşist dövlətinə xidmət edirsən? Bütün dünya Rusiyanı və siyasətini anlayıb, bu tupoylardan başqa.
    5 months ago
  • sevvətəni
    Qaniçən,imperialistlərdən biri olan rusa qanı qarışanlar həbs edilməlidir.Xainlər!Türkiyə ilə qardaşlığımıza xain baxanlar da belə haramzadələrdi!Həbs edin,bu qırmızı terror partiyacığın,atributların da rədd edin.Belə itlərin əlinə fürsət,bəhanə verəcək əməlləri edən hər kəs də həbs olunmalıdı,kimliyindən asılı olmayaraq!
    5 months ago
  • Ülviyyə
    Mən SSRİ-NIN zamanında böyümüşəm . 1991 ci ildə SSR-İ DAĞILDI. 20 YAŞIM VAR İFİ 1991 İLDƏ. VƏ mən indi müqayisə edirəm; sovet və müstəqillik illərini; tam səmimi deyirəm; indiki illər çox çox yaxşıdı. Beləki; müstəqilliyimiz daimi olsun.
    5 months ago
  • Shamil
    Bunlar rusun tulalarıdır,rusdan əmələ gələnıər.
    5 months ago
  • Nizam
    Bunları mən vətən xaini adıandırırsm.başqa sda layiq deyillər
    5 months ago
  • Araz
    Bu adamların şəkilləri var. Bunlar Azərbaycan düşmənləridir. Tapılıb məsuliyyətə cəlb olunmalıdır. O partiyanıda ləğv etmək lazımdır. Sədridə Utanmadan hələ aksiyanı müdafiədə edir. Onunda barəsində tədbir görülməlidir. Rus agenturasıdır hamısı.
    5 months ago