Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi - Foto

Hadisə

05 İyun 2020 11:38 1233


Ötən gün Bakıda özünü çoxmərtəbəli yaşayış binasından ataraq intihar edən şəxsin hansı ali təhsil müəssisəsinin tələbəsi olduğu məlum olub.

Yenisabah.az bildirir ki, hadisə zamanı dünyasını dəyişən 1999-cu il təvəllüdlü Nağdıyeva Günel Bəhram qızı Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi imiş.

Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Report”a bildirib ki, mərhum təhsil ocağının Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi olub: Dördpendirli pizza

“Dövlət sifarişi ilə yüksək balla universitətə qəbul olub. Oxuduğu müddət əzində dərs göstəriciləri, davamiyyəti yaxşı olub. Bir sözlə, nümunəvi tələbə olub. Onun intihar etməsi hər kəs üçün gözlənilməz olub. Bizdə olan məlumata görə, tələbə əslən Şəmkirdən olsa da, Bakıda anası və qardaşı ilə kirayədə qalırmış. Onun yaxınlarına səbr diləyirik, baş sağlığı veririk və lazım olduğu qədər ailəsinə dəstək olmağa çalışacağıq”.

Qeyd edək ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!