Bakıda yayılan pis qoxunun səbəbi nədir? 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yayılan pis qoxunun səbəbi nədir? 

Sosial

21 Yanvar 2025 09:25 426


Bakının bir çox ərazilərində məlum olmayan pis qoxu yayılıb.

Paytaxt sakinləri deyirlər ki, bir neçə gündür hiss olunan qaz qoxusu hələ də çəkilməyib.

Sorğu apardığımız NZS qəsəbəsinin sakinlərinin sözlərinə görə, qoxu əsasən səhər saatlarında daha kəskin olur. Pepperoni pizza

Narahatlığına səbəb olan qaz və ya mazut qoxusu daha çox "Əhmədli", 8-ci km, "Günəşli" və NZS qəsəbələri, eləcə də "Koroğlu" metrostansiyası istiqamətlərdə hiss olunur.

Bunun qaz qoxusu olması iddiası ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirilib ki, qurumun balansında olan qaz kəmərlərində böyük qoxuya səbəb olacaq dərəcədə sızmanın baş verməsi qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil.

Bəzi sakinlər isə deyirlər ki, pis qoxunun yayılmasına səbəb 8 Noyabr prospektində yerləşən Bakı Neft Bazasının anbarlarının təmizlənməsidir. Məlumatı dəqiqləşdirmək üçün SOCAR PETROLEUM" QSC ilə əlaqə saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!