Bakıda zəhərlənən tələbə qızlardan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda zəhərlənən tələbə qızlardan xəbər var

Sosial

27 Noyabr 2019 11:48 914


Bakıda kirayə qaldıqları evdə zəhərlənən tələbə qızlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Trend”ə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, 6 nəfər zəhərlənən qızlardan sonuncusu 2002-ci il təvəllüdlü Süleymanlı Ləman Əfqan qızı da ambulator müalicəyə yola salınıb. Vəziyyəti digərlərindən daha ciddi olan qız sistem altında müalicə alırdı. Toyuqlu pizza

Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!