Paytaxtda şam ağaclarının müalicəsi üçün İsraildən mütəxəssis dəvət edilib.
Yenisabah.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Bakının bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir. Şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən Bakıya mütəxəssis arqonom Qabriel Eliazz dəvət olunub.
Eyni zamanda artıq müalicəsi mümkün olmayan və ətrafdakı ağaclar üçün təhlükə yaradan qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin müvafiq rəyi əsasında kəsilərək utilizasiya edilir. Bu günə kimi Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmadığından kəsilərək utilizasiya edilən ağacların sayı 3 mindən çoxdur. Marqarita pizza
Telegram kanalımız