Bakıya bu il ilk dəfə qar yağır - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıya bu il ilk dəfə qar yağır - Video

Sosial

19 Fevral 2019 13:35 1340


2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə ilk dəfə qar yağır.

“Yeni Sabah” xəbər verir ki, qar yağışı səhər saatlarından başlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0 dərəcəyə yaxınlaşacaq. Dördpendirli pizza

Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək,  nisbi rütubət 80-90 faiz təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!