Balakəndə yaşadığı evin həyətini narkotik plantasiyasına çevirən qadın tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış zamanı 176 ədəd çətənə kolu aşkarlanıb.
N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Meşəşambul kənd sakini İsa Gözəlov da külli miqdarda narkotik tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün tutulub. 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız