Bank hesabından oğurluq edilib

saytların hazırlanması

Evə çatdırılma

Bank hesabından oğurluq edilib

Kriminal

15 Fevral 2019 20:47 929


Fevralın 11-də “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs üç gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!