Baş nazir Novruz Məmmədov “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nda dəyişikliklər edib.
“Yeni Sabah” xəbər verir ki, dəyişikliklər Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq həyata keçirilib.
Qaydaların 2-ci hissəsinin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda on ikinci abzas əlavə edilib: “gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət.”. pizza hut
Bu əlavəyə görə, iki il müddətində işdən çıxmış şəxs yenidən Gömrük orqanlarında işləyərsə, həmin müddət də gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə əlavə ediləcək.
Telegram kanalımız