Baş prokuror “Tərtər işi“ndən danışdı
10 May 2021 11:59
1468

Baş prokuror “Tərtər işi“ndən danışdı

Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az-ın xəbərinə görə, o, "Report"un sualını cavablandırarkən deyib ki, "Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur", - K.Əliyev vurğulayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər