“Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində təqdim etdiyi musiqi parçaları keyfiyyət baxımından digər ölkələrdən geri qalmasa da, Avropanın Azərbaycana olan siyasi münasibəti nəticələrə birbaşa təsir göstərir”.
Yenisabah.az TodayPress-ə istinadla xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu müsabiqədə tutduğu yerlərdən daha yuxarı pillələrdə olmalı idi: "Təəssüf ki, Avropa son illərdə obyektivlikdən xeyli uzaqlaşıb". Dördpendirli pizza
Cavanşir Quliyev hesab edir ki, Azərbaycan bu cür platformalarda əsas məqsəd kimi yer tutmağı yox, milli musiqinin tanıdılmasını qarşıya qoymalıdır:
“Avropada bir yer uğrunda mübarizə aparmamalıyıq. Əsas məqsədimiz öz milli musiqimizi müasir üslubda təqdim etməklə tanıtmaq olmalıdır. Hindistan musiqiləri filmləri ilə tanınıb. İndi o musiqi harada çalınsa, hamı bilir ki, hind musiqisidir.
3-5 dəqiqəlik çıxış imkanı verirlər. Bu, ölkəmizin mədəniyyətini təbliğ etmək üçün nadir fürsətdir. Lakin biz bu fürsətdən lazımınca istifadə edə bilmirik. Təəssüf ki, "başbilənlər" bu yol ilə getmədi. Avropalılara bənzəməyə çalışdıq, nəticədə öz sifətimizi itirdik. Siyasi səbəblər də üst-üstə gələndə, bizi kənara atdılar".
Qeyd edək ki, "Avroviziya - 2025"in ilk yarımfinal mərhələsi keçirilib. Müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.
Telegram kanalımız