Bayden Putinə səsləndi:  Qarşıdakı həftələrdə...
15 Apr 2021 10:25
264

Bayden Putinə səsləndi: Qarşıdakı həftələrdə...

ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşıdakı həftələrdə görüşməyi təklif edib.

Yenisabah.az xarici mətbuata xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Prezident Bayden telefonun dəstəyini qaldırdı, prezident Putinə zəng vurdu və qarşıdakı həftələrdə görüşməyi təklif etdi", - Blinken deyib.

Ağ Ev öz növbəsində bildirib ki, tədbir ən yaxın bir neçə ayda keçirilə bilər.

Qeyd edək ki, dövlət başçıları arasında danışıqlar zamanı ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti və beynəlxalq gündəliyin bəzi aktual aspektlərini müzakirə edilib. (Report)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər