BDYPİ piyadalara səsləndi:   Bu səhvi ETMƏYİN!

saytların hazırlanması

Evə çatdırılma

BDYPİ piyadalara səsləndi: Bu səhvi ETMƏYİN!

Sosial

13 Avqust 2026 09:32 93


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edərək yol hərəkəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

“Yeni Sabah” xəbər verir ki, BDYPİ-nin müraciətində piyadaların yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməsinin və hərəkət zamanı diqqətli olmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, piyadalar yolu keçərkən tələsməməli, ətrafı diqqətlə nəzərdən keçirməli, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almalı və təhlükəsizliyə tam əmin olduqdan sonra keçidi davam etdirməlidirlər. Pepperoni pizza

Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən və onu keçərkən mobil telefon, qulaqcıq və digər elektron cihazlardan istifadə etməklə diqqətin yayındırılmasına yol verilməməlidir.

BDYPİ eyni zamanda sürücülərə də müraciət edərək piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmağı və piyadalara yol verməyi tövsiyə edib.

İdarə bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!