16 Avqust - 11:36
Bərdədə 80 yaşlı kişini arvadı döydü

Bərdədə 80 yaşlı kişini arvadı döydü

Hadisə

03 İyul 2022 23:38 610


Bərdədə 80 yaşlı kişini həyat yoldaşı ütü ilə yandırıb. Hadisə rayonun Gərənə kəndində baş verib.

Yenisabah.az xəbər verir ki, Hidayət Hüseyn oğlu Səfərov həyat yoldaşı Serbiya Kərim qızı Cəfərova tərəfindən döyülüb. Daha sonra halsız vəziyyətdə olan H.Səfərov həyat yoldaşı tərəfindən bədənin müxtəlif yerlərindən ütü ilə yandırılıb.

H.Səfərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!