Türkiyə Superkuboku matçı öncəsi “Beşiktaş”da məşqçi və futbolçu heyəti koronavirus testindən keçib.
Yenisabah.az “NTVspor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2 nəfərdə yoluxma faktının qeydə alındığını açıqlayıb.
Onlardan birinin futbolçu, digərinin isə məşqçi olduğu bildirilib. Lakin testi pozitiv çıxan şəxslərin adları gizli saxlanılıb. pizza sifarişi
Eyni zamanda, “Beşiktaş”ın Superkubokdakı rəqibi “Antalyaspor”da da 4 futbolçu koronavirus pandemiyası səbəbindən heyətdən çıxarılıb.
Telegram kanalımız