Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. pizza mizza
A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
Telegram kanalımız