Beyons “Qremmi” tarixində rekord qırdı – 100-cü dəfə namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

Beyons “Qremmi” tarixində rekord qırdı – 100-cü dəfə namizəd oldu

Şou

20 Noyabr 2026 14:04 45


Beyons “Morning Dew (Donk)” mahnısı ilə “Ən yaxşı solo R&B ifası” nominasiyasında “Qremmi” mükafatına namizəd olub.

“Yeni Sabah” xəbər verir ki, bu namizədliliklə amerikalı müğənni “Qremmi” tarixində 100 dəfə namizəd göstərilən ilk musiqiçi kimi tarixə düşüb.

Sözügedən nominasiyada onun rəqibləri arasında Kehlaninin “Out The Window”, Viktoriya Monenin “Let Me”, Cil Skottun “Pressha” və Temsin “What You Need” mahnıları da yer alıb. Online shopping Azərbaycan

Digər tərəfdən, britaniyalı müğənni Rey 11 nominasiya üzrə namizəd göstərilərək bir qadın ifaçının bir mərasimdə əldə etdiyi ən yüksək nominasiya sayına çatıb. Ötən il Beyons da eyni sayda nominasiya qazanmışdı.

69-cu “Qremmi” mükafatlarının təqdimetmə mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!