“Turizmlə bağlı yeni-yeni dəstək proqramları qəbul etdikcə, bu sahədə də durğunluq dərinləşir və rəsmi məlumatlar mənzərəni aydın şəkildə göstərir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, ötən ilin sonunda ölkənin əsas turistik zonalarından biri olan Oğuz rayonunda otellərdə işləyənlərin cəmi sayı 15 nəfər olub: Online shopping Azərbaycan
“Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin sonunda ölkənin əsas turistik zonalarından biri olan Oğuz rayonunda otellərdə işləyənlərin cəmi sayı 15 nəfər olub.
Bu isə 2024-cü ildəki işçi sayından 9 nəfər daha azdır. Rəsmi məlumatlara görə, ötən il Oğuz rayonunda otellərdə işləyənlər cəmi 56,6 min manat maaş alıb. Bu, o deməkdir ki, ötən il bu rayonda otellərdə işləyənlərin orta illik maaşı 3 773 manat, orta aylıq maaşı 314 manat olub.
Xatırladım ki, ötən ilin yanvar ayından ölkədə minimum əməkhaqqı 400 manatdır.
Onu da deyim ki, Oğuzda “Panarama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restoran”, “Korifey Hotel”, “Qaynama Ailəvi İstirahət Mərkəzi” kimi otellər fəaliyyət göstərir.
Oguz çox gözəl rayondur, təbiəti, insanları möhtəşəmdir, hətta çox maraqlı tarixi abidələr də var – amma, turizmin vəziyyəti belədir.
Gürcüstanla sərhəd açıq olsa, tək elə o istiqamətdən Qax-Şəki-Oguz-Qəbələyə minlərlə turist cəlb etmək olar. Bundan başqa, turizm hekayə satmaqla populyar olur, Oguz rayonunda hekayələşdirmək üçün onlarla abidə var, sadəcə, kreativlik, iqtisadi azadlıqlar, sahə ilə məşğul olmaq istəyənlərə dəstək yoxdur...”
Nazim Hacıyev
Telegram kanalımız