“Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər”

Sosial

27 Fevral 2019 13:51 795


“Azərbaycanda yerində olmayan məmurlar var. Onlar yalnız bu günü düşünür. Bu, onların məsuliyyətsizliyindən irəli gəlir. Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər. Onlar həm cənab Prezident, həm də Allah qarşısında günahkardırlar”. 

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Cavanşir Paşazadə Modern.az-a müsahibəsində deyib. O, bəzi yerli icra orqanlarının yalançı statistika hazırlayıb mərkəzə göndərməsi ilə bağlı suaala cavab olaraq qeyd edib ki, yalan statistika hansı rayondan verilirsə, elə həmin yerə ziyan vuru: “Fərz edək ki, bir regionda statistika üzrə 10 min hektar ərazidə kənd təsərrüfatı məhsulları əkilirsə, ondan gəlir nə qədər olursa, vergisi həmin rayona hesablanır. Dövlətdən ayrılan büdcədə də bunlar nəzərdə tutulur.

Yalan statistika hazırlananda isə həmin rayonun müəllimləri maaşları vaxtında ala bilmir, pensiyalar vaxtında verilmir. Və yaxud şəhər ya da rayonda yenidənqurma işləri üçün vəsait çatmır. Statistika düz olmayanda həmin regionun büdcəsi də yaxşı olmur. Yalançı statistika üzərində işləyənlər var. Kənd təsərrüfatı naziri yerlərdə görüşlər keçirdi, bu məsələlər orada da səsləndirildi”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!