Bilgəhdə faciəvi şəkildə ölən İlhamla bağlı ürək ağrıdan fakt 

Bilgəhdə faciəvi şəkildə ölən İlhamla bağlı ürək ağrıdan fakt 
İyul 15, 2019
Oxunma sayı: 237

Dünən Bakı şəhər Sabunçu rayonu ərazisində - Bilgəh çimərliyində dənizdə batan 32 yaşlı İlham Rəsulzadənin axtarışları davam etdirilir.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, ilkin olaraq hadisənin dənizin dalğalı olması səbəbindən baş verdiyi müəyyənləşib.

Vəfat edən şəxsə gəlincə, İlham Rəsulzadə tədbirlərin təşkili və səhnə avadanlıqlarının quraşdırılması üzrə ixtisaslaşan şirkətdə çalışırmış. Səs mühəndisi olan İlham bir neçə il əvvəl ailə həyatı qurub və 1 övladı qalıb.

O, yaxın günlərdə ikinci dəfə ata olacaqmış.

Bədbəxt hadisə nəticəsində vəfat edən gəncin bəzi fotolarını təqdim edirik. 

 

Bilgəhdə faciəvi şəkildə ölən İlhamla bağlı ürək ağrıdan fakt