Binəqədidəki müəmmalı ölümlə bağlı rəsmi  AÇIQLAMA
14 Avq 2020 11:35
160

Binəqədidəki müəmmalı ölümlə bağlı rəsmi AÇIQLAMA

Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a Binəqədi rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər