Bir ay deyil bu yol təmir olunub, çat verdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bir ay deyil bu yol təmir olunub, çat verdi - Video

Avto

24 Fevral 2019 23:39 1333


Paytaxtın Səbail rayonu ərazisi, ''Bibiheybət'' məscidindən üzü şəhər istiqamətinə gedən yolda çatlar əmələ gəlib, bəzi hissələrdə isə çökmələr olub.

Br neçə həftə bundan əvvəl ərazinin asfalt qatı dəyişdirilsə də, yolda yenidən çatlar yaranıb. Sürücülər bu yolda sürətlə hərəkət etdiyindən asfalt örtüyündə yaranan geniş çatlar görünmür. Bəziləri isə çökmənin olduğu yerə çatanda sərt əyləc sistemindən istifadə edirlər ki, bu da hər an yol nəqliyyat hadisəsinin baş vermə ehtimalını artırır.

Bundan başqa, Bakı-Dairəvi yolunun hər iki hissəsində də müxtəlif yerlərdə asfalt örtüyündə xırda çökmələr müşahidə edilir. Sezar pizza

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bibiheybət məscidinin yaxınlığında olan yol tektonik ərazidə yerləşdiyindən tez-tez bu cür problemlər ortaya çıxır. Həm bu, həm də Bakı-Dairəvi yolunda yaranan problemin aradan qaldırılması üçün qurumun əməkdaşları əraziyə cəlb olunacaq.

XəzərXəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!