Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə Elza Seyidcahanın görüntülərini paylaşıb. O, 2 il bundan öncə çəkilmiş videoya “Əslində Elza xanımın şeirlərinin çoxunda məna var” – deyə şərh verib.
“Yeni Sabah” xəbər verir ki, izləyicilərin tənqid atəşinə tuş gələn Seyidcahanın sənət dostları onun müdafiəsinə qalxıb.
Müğənni Nadir Qafarzadə onun heç kəsə hesab verməli olmadığını yazıb: Pepperoni pizza
“Elza Seyidcahan, siz işinizdə olun, heç kimə də hesab vermək iqtidarında deyilsiniz. Sizi anlayan anlayır, anlamayan, onsuz da anlamayacaq. Əsrlər boyu bir çox dahiləri də anlamırdılar, amma zaman keçdi, onlar dahi oldular”.
Telegram kanalımız