İsmayıllı Rayon Polis Şöbəsinə rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin birindən daxil olmuş müraciətdə ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75 min manatdan artıq müxtəlif qurğuların oğurlandığı barədə məlumat verilib.
DİN-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxslərin Göyçay rayonunun Qarayazı kənd sakinləri Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov, həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Hüseyn Cəbiyev şübhəli şəxs qismində saxlanılıblar.
Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalarla Ə.Talıbov və S.Abbasovun ötən ilin aprel, may və dekabr aylarında həmin müəssisənin anbarına beş dəfə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 12 min manata yaxın müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib. Dominos pizza
Bundan əlavə Ə.Talıbov, S.Abbasov və H.Cəbiyev əvvəlcədən bir qrup şəxs halında birləşərək 2018-ci ilin noyabrında həmin zavoda qanunsuz daxil olaraq bu dəfə oradan 16 min manat dəyərində mis metal tərkibli qurğuları oğurladıqları məlum olub. Şübhəli şəxs qismində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qohumlar Ə.Talıbov, M.Talıbov və həmkəndliləri S.Abbasovun bu il yanvarın 1-də həmin müəssisədən 16500 manat dəyərində oğurluq etdikləri üzə çıxıb. Onlar oğurladıqları əşyaları metaləritmə zavodlarına veriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Telegram kanalımız