“Böyük bir müharibə başlaya bilər...” - Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım
29 Noy 2020 19:39
3430

“Böyük bir müharibə başlaya bilər...” - Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

Rusiyalı senator Konstantin Kosaçev, İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinin Yaxın Şərqdə böyük bir müharibəyə səbəb ola biləcəyini söyləyib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Kosaçev, "Bunlar, nəticələri gözlənilməz, lakin tamamilə mənfi olan təhlükəli oyunlardır. İran rəhbərliyinin bununla bağlı heç bir günahı yoxdur" deyib.

Rusiya Parlamentinin əsas qolu olan Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosacev, "Facebook" hesabında etdiyi paylaşımda, "Bu cinayətin arxasında kim olursa olsun, şübhəsiz ki, bölgədəki vəziyyəti sabitləşdirməyə yönəlmiş bir terror hücumu kimi qələmə verilə bilər. Buna görə də bu anda bir çox şey İranın bu qətllə bağlı istintaqının obyektivliyinə, reaksiyasına və beynəlxalq ictimaiyyətin münasibətinə bağlıdır" ifadələrindən istifadə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər