Külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Mayın 22-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Sezar pizza
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız