Parlament Ali Məhkəməyə yeni hakimlərin təyinatına razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Parlament Ali Məhkəməyə yeni hakimlərin təyinatına razılıq verdi

Siyasət

26 May 2026 13:25 78


Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilir. pizza hut

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilir.

Sənəd müzakirədən sonra səsverməyə qoyularaq qəbul olunub. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!