"Biz ordumuzu sıfırdan yaratdıq".
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 28 mayda Respublika Meydanında keçiriləcək hərbi paradla əlaqədar bildirib.
Onun sözlərinə görə, hərbi paradda nümayiş olunan hərbi texnikanın təxminən 90 faizi 2022-ci ildən sonra əldə edilib: pizza mizza
"Ordumuzun silahlarının 70 faizi 1970-ci, 1960-cı və 1950-ci illərə aid idi".
Paşinyanın qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra Ermənistan üçün beynəlxalq bazarlarda hərbi texnika əldə etmək üçün yeni imkanlar açılıb:
"Biz qonşularımızın ərazi bütövlüyünü, qonşularımız isə bizim ərazi bütövlüyümüzü tanıyanda silah bazarı bizim üçün açıldı, çünki öz ərazimizin təhlükəsizliyini və toxunulmazlığını qorumaq qanuni bir hüquqdur".
Telegram kanalımız