“Müzəffər Ali Baş Komandan İlham Əliyev qaçqın və məcburi köçkünlərlə hər görüşündə daim bu fikri onlara çatdırırdı ki, sizin üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə işğaldan azad edilmiş torpaqlarımız azadlığına qovuşacaq, soydaşlarımızın pozulmuş hüquqları bərpa ediləcək və siz hamılıqla öz doğma yurd-yuvalarınıza qayıdacaqsınız. Hazırda bu fikir də bir reallıq kimi qeyd edilir ki, dövlət başçısı İlham Əliyevin prezidentliyinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olundu. Biz Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Bu qayıdış böyük səylərin, qətiyyətin, real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətin, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun güclənməsinin nəticəsidir. Ən yüksək tribunalardan səslənən “Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantına üstünlük veriləcək” bəyanatı da ordumuzun gücünə əsaslanırdı”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
1993-cü il avqustun 23-də erməni hərbi birləşmələrinin Füzuli şəhərini, Horadiz qəsəbəsini və rayonun 82 kəndini işğal etdiyini, soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salındıqlarını vurğulayan YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində atılan addımlar öz real nəticəsini verdi: “1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi”. Toyuqlu pizza
“Qarabağımızın digər bölgələri kimi, Füzuliyə də həyat yenidən qayıdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, işğaldan azad edildikdən sonra burada quruculuq-bərpa işlərinə start verildi: “İlk olaraq ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanıldı. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Tarixi Zəfərdən sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Dövlət başçısı Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Dövlət başçısı İlham Əliyevin hər bir səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Ölkə Prezidenti “Füzuli” yarımstansiyasının açılışında iştirak edib”.
Vüqar Rəhimzadə bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da aeroportların tikintisini də xüsusi qeyd edib.
YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni mərhələsindədir. Şəhərlərimizin, kəndlərimizin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulması həyata keçirilir. “Ağıllı kənd” layihəsi çərçivəsində Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in yaradılmasına başlanılıb. Həmçinin rayonda Memorial Kompleksin, Füzuli şəhərinin təməli qoyulub.
Vüqar Rəhimzadə topraqlarımızın işğaldan azad edilməsindən ötən iki ildə görülən bərpa-quruculuq işlərinin miqyasının genişliyindən qürur hissi keçirdiyini bildirib: “Bu mühüm sahədə reallaşdırılan tədbirlər Böyük Qayıdışımızın tezliklə tam şəkildə həyata keçiriləcəyinə əminliyi artırır. Böyük Qayıdışdan sonra Füzulini yeni həyat gözləyir”.
Telegram kanalımız