Braziliyanın 2 futbolçusu sıradan çıxdı

Braziliyanın 2 futbolçusu sıradan çıxdı

İdman

03 Dekabr 2022 16:00 641


Braziliya millisi ciddi itkilərlə üzləşib. 

Yenisabah.az "Globe Esporte"yə istinadən xəbər verir ki, komandanın hücumçusu Qabriel Jesus və müdafiəçi Aleks Telles sıradan çıxıb. Hər ki futbolçu dizindən xəsarət alıb.

Jesus təxminən  1 ay yaşıl meydanlardan kənarda qalacaq. Tellesinin isə durumunun daha ciddi olduğu və onun əməliyyat ediləcəyi bildirilib. Bu isə o deməkdir ki, futbolçular üçün DÇ-2022 erkən başa çatıb.

Qeyd edək ki, "Sambaçılar" mundialın 1/8 finalında Cənubi Koreya ilə qarşılaşacaq. Dekabrın 5-də keçiriləcək matç Bakı vaxtilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!