Britaniya İsraili   HƏDƏLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

Britaniya İsraili HƏDƏLƏDİ

Dünya

10 Avqust 2025 15:34 340


Böyük Britaniya hökuməti İsrailin Qəzza sektorunu tam nəzarət altına alacağı halda tətbiq olunacaq sanksiyalar paketini hazırlayır. 

Yenisabah.az xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.

Məlumata görə, Londonun planı, İsrailin bölgədəki hərbi əməliyyatlarını genişləndirib tam hakimiyyət qurması halında işə düşəcək. Sanksiyaların dəqiq detallarının açıqlanmadığı bildirilir, lakin hökumət mənbələri bu tədbirlərin həm siyasi, həm də iqtisadi xarakter daşıyacağını vurğulayıb. pizza hut

Böyük Britaniyanın bu mövqeyi, Qəzzada humanitar böhranın dərinləşməsi və beynəlxalq ictimaiyyətin İsrailin hərəkətlərinə yönəlik tənqidlərinin artdığı bir vaxtda açıqlanıb.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!