Elvin Abdullayev yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Elvin Abdullayev yüksək vəzifəyə təyin olundu

Sosial

18 Noyabr 2026 13:46 388


Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Maliyyə direktoruna müavin təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Elvin Abdullayevə həvalə olunub.

Qeyd edək ki, E.Abdullayev bundan öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində  Maliyyə hesabatları departamentinin rəhbəri olub.  Məişət texnikası

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə bu ilin mart ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Fərmanla İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb. Agentliyin İdarə Heyətinin sədri vəzifəsi isə, Ramin Rzayevə həvalə olunub.

Məlumat üçün deyək ki, bundan bir müddət öncə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmrləri ilə R.Rzayevə müavinlər təyin edilib. Sözügedən vəzifələrə Fuad Məmmədov və Hüseyn Paşayev gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!