Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - RƏSMİ

Siyasət

18 Noyabr 2026 18:41 52


2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının məlumatında bildirilib.

Məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Qəbul edilən qərarlara əsasən 6 vəkil kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. İnternet mağaza

Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!