Rövşanə özəl bağçalarla bağlı   SUALLAR QALDIRDI

saytların hazırlanması

Evə çatdırılma

Rövşanə özəl bağçalarla bağlı SUALLAR QALDIRDI

Şou

18 Noyabr 2026 20:56 50


Özəl bağçalarda uşaqlarla kimin məşğul olduğu sual doğurur. Aparıcı Rövşanə Ağasəfqızı bu sahədə kadr seçiminin necə aparıldığını və pedaqoqların peşəkarlığının hansı qaydada yoxlanıldığını sorğulayıb.

“Yeni Sabah” xəbər verir ki, aparıcı verilişində özəl uşaq bağçalarının açılması və orada çalışan müəllimlərin seçilməsi ilə bağlı narahatlığını dilə gətirib.

O, bağça açmaq üçün yaxşı yer kirayələməyin kifayət etmədiyini vurğulayaraq, bu müəssisələrdə çalışan pedaqoqların bilik və bacarıqlarının necə qiymətləndirildiyinə aydınlıq gətirilməsinin vacib olduğunu bildirib: Sərfəli qiymətə məhsullar

“Kiminsə tanışı, pulu varsa, yaxşı bir yer kirayələyib bağça açır. Bəs bu pedaqoqlar necə seçilir? Onların bilikləri yoxlanılırmı? Təkmilləşdirmə kurslarından keçirlərmi? Əlavə elmi biliklərini artırırlarmı? Pedaqoji biliklərini inkişaf etdirirlərmi? Açığı, bu məsələlərlə bağlı içimdə şübhələr var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!