Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır.
O, idarə etdiyi "Lexus" markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir. Online alış-veriş
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./Oxu.az
Telegram kanalımız