Dövlət qulluğu imtahanı ləğv edildi - DİM-dən izahat

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qulluğu imtahanı ləğv edildi - DİM-dən izahat

Sosial

18 Noyabr 2026 17:09 221


Noyabrın 16-da dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

“Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Prezidentin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınıb. Onlayn mağaza

2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunla qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək.

Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir”, - DİM-in məlumatında deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!