“Nənəmin təndiri”ndə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

“Nənəmin təndiri”ndə yanğın oldu

Hadisə

19 Noyabr 2026 01:23 67


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Elektronika məhsulları

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında baş vermiş yanğının genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin tüstü bacası və ətrafı 4 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb. Obyekt yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!