Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cinayət işi açıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cinayət işi açıldı - FOTO

Kriminal

04 May 2025 19:44 530


Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.

Aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.

Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına "ölkəni tərk etmək" göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb. Pepperoni pizza

Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində "Rəsmi sənədləri saxtalaşdırma" maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində "Mühacir Qaçaqçılığı" cinayəti ilə bağlı qanuni iş başlanıb.

Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib. /lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!