Bakıda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Toyuqlu pizza
Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız