Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeni fotosu yayılıb.
"Yeni Sabah" xəbər verir ki, şəkili onun oğlu Seymur Talıbov sosial şəbəkə hesabında paylaşıb.
Foto V.Talıbovun Naxçıvan şəhərindəki villasında çəkilib. Sabiq sədr Ümummilli lider Heydər Əliyevin portreti qarşısında dayanıb və onun anadan olmasının 103-cü ildönümündə xatirəsini yad edib. Dördpendirli pizza
Xatırladaq ki, 1960-cı il təvəllüdlü Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 2022-ci il dekabrın 21-də istefa verib.
Həmin dövrdən sonra V.Talıbov ictimaiyyət arasına çıxmır. Onun övladları ildə bir və ya iki dəfə atalarının evdə çəkilən fotosunu paylaşırlar.
Telegram kanalımız