Türkiyədə yeni evlənən kişi toy xərclərini ödəmək üçün qeyri-adi vasitəyə əl atıb.
"Yeni Sabah"ın xəbərinə görə, hadisə Dənizli şəhərində baş verib.
Ramazan Bekrek və Pınar Abas nikaha daxil olublar. Cütlüyün şad gününə dəvət olunan qonaqların diqqətini bəyin geyindiyi kostyum çəkib. Sezar pizza
R.Bekrek toyun xərclərini ödəmək üçün 20 firma ilə razılığa gəlib. Razılaşmaya əsasən, firmaların adı və loqosu bəyin geyindiyi pencəyin üzərinə yapışdırılıb. Nəticədə onun əynində sanki bəylik geyimi deyil, reklam lövhəsi olub.
R.Bekrek deyib ki, bunu xaricdə görüb və özü də evlənəndə eyni yola əl atmaq qərarına gəlib. O, tanıdığı 20 firmanın sahibləri ilə razılıq əldə edib, toyda onların reklamını aparıb və nəticədə mərasimə xərclədiyi vəsaitin dörddə birini sponsorlardan qazanıb.
Telegram kanalımız