Sabahın havası:   30 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: 30 dərəcə isti olacaq

Sosial

11 May 2026 12:43 163


Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. pizza mizza

Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 23-25° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!