“Bu barədə efirdə danışmağın özü cinayətdir” -   Psixoterapevtdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bu barədə efirdə danışmağın özü cinayətdir” - Psixoterapevtdən açıqlama

Sosial

12 Sentyabr 2022 17:42 18011


“Kriminal filmlər cinayət törədilməsində çox cüzi rol oynayır. Əsas səbəb ictimai təfəkkür formalaşdıran sosial şəbəkə və media qurumlarıdır”.

Bunu Yenisabah.az-a ölkədə cinayətlərin çoxalmasının səbəblərindən danışan psixoterapevt Kənan Rəhimov bildirib.

"Kriminal filmlərə baxılması nəticəsində stereotip davranış müşahidə olunur. Amma bütün dünyada qətl hadisələrinin böyük bir qismi qısqanclıq zəminində baş verir. Ailədə münaqişə vaxtı kişinin qadına qarşı zorakılıq tətbiq etməsi Azərbaycanda əsas cinayət növüdür". Pepperoni pizza

Kənan Rəhimov deyib ki, cinayət hadisələrinin aradan qalxması üçün hüquq-mühafizə orqanlarının fəaliyyət prinsipləri dəyişdirilməli, ictimai nəzarət gücləndirilməli və sığınacaqların sayı çoxaldılmalıdır: 

“Azərbaycanda sığınacaqlar demək olar ki, yoxdur. Kimlərinsə öz hesabına tikdiyi özəl sığınacaqları nəzərdə tutmuram. Ailədaxili işgəncə görən qadınların o sığınacaqlara üz tutması, baş verən cinayət hadisəsini araşdırma müddətində hüquq-mühafizə əməkdaşlarının da o qadınlara mənəvi-psixoloji dəstəyi olmalıdır. Bir neçə şəxsin ərsəyə gətirdiyi özəl müəssisələr isə sığınacaq tələbatını əvəz edə bilmir. Kişi də həyat yoldaşının yerini biləndə onu cəzalandırmağı öz haqqı olduğunu düşünür”. 

Psixoterapevt ailədaxili münaqişələrə dair TV verilişləri insanlarda daha çox aqressiya formalaşdırmaqda ittihamlayıb:

“Ailə münasibətinə birmənalı olaraq müdaxilə edirlər. Hadisələrə qiymət verib, "bu, belə olmalıydı", “o elə olmamalı idi” tipli rəylər bildirirlər. Məişət problemlərini gündəmə gətirmək, insanları tənqidə məruz qoymaq, alçaltmağın özü, bir növ, cinayətdir. KİV haqqında Qanunda bu, çox aydın şəkildə təsbitini tapıb.

TV rəhbərləri bu məsələdə çox bisavaddır. Bu hallar insanlarda stereotip fikirlərin formalaşmasına səbəb olur. Sanki bu verilişə baxanların hamısı cinayətkar təfəkküründə hazırlanır.

Qısqanclıq üstündə öldürülən insanlar haqqında araşdırma aparılanda qadının günahı olmadığı “məlum olur”. Yaxud ictimai təfəkkürdə artıq o xanıma qarşı neqativ fikir formalaşdırırlar".

Kənan Rəhimovun sözlərinə görə, əsas məsuliyyət medianın üzərinə düşür:

"Xəbər portalları neqativ xarakterli məlumatlar tirajlayır. İnsanlarda belə təəssürat yaranır ki, ölkədə bütün günü belə hadisələr baş verir”. 

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!