Bu gün 2 rayonda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 2 rayonda qaz olmayacaq

Sosial

08 Sentyabr 2022 10:03 916


Bu gün Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. 

"Qaz İxrac" İdarəsinə məxsus "Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS" Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, "30-cu Sahə" QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı saat 08:00-dan etibarən işlər başlayıb. pizza

Görülən işlər başa çatanadək "30-cu sahə", "Xətai", "Keşlə" və "Əhmədli" QPS-lərdən, magistral qaz kəmərindən qidalanan "Bakı-ES-MMC", "Azərneftyağ" (5/6sex)", "SOCARYDM-13", "SOCARYDM-21" və "Körpü Tunel MMC" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılıb. 

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!