Bəstəkar-müğənni Murad Arif “Eurovision” mahnı müsabiqəsinə qatılmaq üçün müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ifaçının özü məlumat verib. O bildirib ki, gələn il yarışmada Azərbaycan təmsilçisi olmaq üçün namizədliyini irəli sürb:
“Bəyan etmək istəyirəm və hər birinizdən bu bəyanata dəstək gözləyirəm... “Eurovision” 2020 üçün namizədliyimi rəsmi olaraq təklif edirəm! Mən buna hazıram! Mən bunu arzulayıram! Bizə 3 dəqiqəlik hit lazımdır! Özümüz yazaq, öz uşaqlarımızla, öz nəğməmizlə oraları partladaq! Biz hazırıq. Bizə inanın!” Dördpendirli pizza
Qeyd edək ki, Murad Arif "Eurovision" mahnı müsabiqəsinin 2006-cı ildə Azərbaycan üzrə ilk şərhçisi olub.
Telegram kanalımız