“Bu nə özbaşınalıqdır” – Məşhur aparıcı BNA-nı   Tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bu nə özbaşınalıqdır” – Məşhur aparıcı BNA-nı Tənqid etdi

Şou

03 Oktyabr 2019 18:07 1017


Tanınmış aparıcı Zümrüd Bədəlovanın başına iş gəlib.

"Yeni Sabah" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənən aparıcı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, maşını xəbərdarlıq edilmədən cərimə meydançasına aparılıb:

"Avtomobilimi Əziz Əliyev küçəsində saxlamışdım. Özüm isə salonda idim. İki həftədir maşınımı orada saxlayıram, bununla bağlı mənə irad bildirən olmayıb. Məkandan çıxarkən maşını görmədim. Ətrafında onlarla maşın var idi, heç birinə dəyməyiblər. Yəqin ki, baxıb görüblər ən ucuzu budur, nömrəsi də kredit nömrəsidir. Ona görə də, mənimkini aparıblar. "Porsche"yə filan gücləri çatmayıb. Toyuqlu pizza

Heç olmaya xəbərdarlıq etsinlər. Mən maşını tapmaq üçün bütün cərimə meydançalarını gəzməliyəm? Bu nə özbaşınalıqdır? Məni də görən kimi deyirlər ki, biz sizi tanıyırıq. 20 manat cəriməmi verib çıxdım. Maşınımı Qış parkının yanındakı cərimə meydançasına aparıblar. Çəkilişə, işə gecikdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!